Vikimənbə:Günün mətni/iyun 7
Eşşək və arılar
Seyid Əzim Şirvani
Bir neçə kəndi gördü bir eşşək,
Arılar onda işləyir bişək.
Gördü bir xaneyi-müqəddəs var,
Beyti-şeşguşə içrə çox kəs var.
Padşahın hüzuruna getdi,
Şahi-yəsubdən sual etdi.
Dedi: - Bu kənddə nədir məqsud
Saz olur gündə nayü bərbətü ud?
Sizə hasil nədir bu qovğadən?
Vaqiv eylə məni bu mənadən.
Dedi: - Biz səbzəyə olub çirə,
Edərik cəm kəndiyə şirə.
Dedi eşşək ki, yəni şirə nədir?
Olmusuz səbzi üzrə “çirə” nədir?
Bir qədər bal dadızdılar eşəgə.
Yedi eşşək çü balı, düşdü şəkə.
Düşdü bir fikrə eşşəgi-nadan
Ta gedib otlasın o da qalqan,
Gəlibən çəksin arı tək şirə,
Könlünü verdi fikrü tədbirə.