Vikimənbə:Günün mətni/noyabr 17
Leylinin qəbiləsi ilə Nofəlin müharibə etməsi
Nizami Gəncəvi
Nofəl bu xoş olan umu-küsüdən Odlarda mum kimi yumşaldı,
bilsən. Qalxıb hazırlaşdı yol səfərinə,
Havada parladı qılıncı yenə.
Atlandı quş kimi o böyük hünər,
Toplandı başına sadiq igidlər.
Atının nalından odlar qoparaq,
Meydana şir kimi girdi çaparaq.
Elə ki, yetişdi o qəbiləyə,
Bir elçi çağırdı, sözüm var,
deyə, Nofəl ismarladı:
"Öz ordumla mən
Od kimi keçərəm üzərinizdən.
Bu saat Leylini gətirin mana,
Qılınc girəcəkdir yoxsa meydana.
Göstərin Leylini, hardadır o qız?
O öz aşiqinə yetişsin yalnız.
Qoy, susuz can verən bir suya çatsın,
Ona su verən də savaba batsın".
Çatdı qəbiləyə Nofəlin səsi,
Sındı ortalıqda eşqin şüşəsi.