Vikimənbə:Günün mətni/noyabr 18

23. Məcnunun Nofələ açıqlaması
Nizami Gəncəvi

Sülhün qoqusunu duyunca Məcnun
Kinlə qəzəbləndi ürəyi onun.
O igid Nofələ acıqlanaraq,
Rişxəndlə dedi ki: "Qəhrəmana bax!
Sən, ey qucaq-qucaq vədlər verən,
Yaman başa vurdun öz vədini sən.
Buydumu sözündə möhkəm durmağın?
Bir də at oynadıb qılınc vurmağın?
Danış, qəribliyə salma sorğumu,
Vəhşini ram edən əfsunun bumu?
Buydumu meydanda at oynatmağın?
Havada ox tutub kəmənd atmağın?
Zidmiş iradəmə sənin iradən,
Nə yaxşı bir hünər göstərmisən sən?!
Salam düşməniydi o canan mənə,
İndi sən döndərdin tamam düşmənə.
Vəfaya açılmış o qapıya sən
Min qıfıl vuraraq bağladın nədən?
Ey dost, köməyindən əlim üzüldü,
İşimi korladın, belim büküldü.
Bu dostluq telləri qırıldı nədən?


[[Kateqoriya:Vikim>ənbə:Ana Səhifə]]