Vikimənbə:Günün mətni/oktyabr 10

Bu çəməndə qocalıqdan belim döndü kamana
Nizami Gəncəvi

Bu çəməndə qocalıqdan belim döndü kamana,
Bundan sonra bu budaqdan yetişərmi bar mana?

Ağaçımdan bir kimsəyə nə meyvə var, nə kölgə,
Yarpağımı, məhsulumu fələk verdi küləyə.

Kaman kimi bükülərək məzar qazır fələklər,
Artıq mənə ağ tüklərim kafurdan xəbər verər.

Ahunun ağ göbəyində qara rəngli müşk olur,
Mənim qara tüklərimsə bəyaz rəngə tutulur.

Ağzımda iki düzüm dolu inci var ikən,
Fələk zülmü qırdı, tökdü, iz qalmadı incidən.

Sandığımda gövhərlərin qalmadı bəxt ulduzu!
Umubsuzluq göylərində doğdu sabah ulduzu.