Vikimənbə:Günün mətni/sentyabr 24

Ərzi-məhəbbət
İbrahim Şinasi

Eşi yox bir gözəli sevdi, bəyəndi könlüm,
Qısqanır kəndi gözümdən yenə kəndi könlüm.

Gahi həsrət ikən ol sinəyə sinəm qovuşur,
Sanma könlümdə olan dərdi-məhəbbət sovuşur.

Yasəməndən belə nazikdir o boy bos onda
Sarmaşıb yarı sanrsam əyilir ol anda.

Candan ülfət edəli oylə cavan dilbər ilə
İstəməm qeyrisini huri mələk olsa belə.

Məst olub nəşeyi şəhvətlə o gözlər bayılır
Sərpilincə üzünə göz yaşım amma ayılır.

Bağrım əzməzmi süzüldükcə o bayqın gözlər?
Məni imrəndirir ağzındakı dadlı sözlər.