Ya mən əhatə elmükəl-əşya’ə külləha: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Ya mən əhatə elmükəl-əşya’ə külləha | müəllif = Məhəmməd Füzuli | tərcüməçi = | bölmə = | əvvəlki...' ilə yarat
(Fərq yoxdur)

07:56, 19 dekabr 2019 tarixindəki versiya

Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl-hüda Ya mən əhatə elmükəl-əşya’ə külləha
Müəllif: Məhəmməd Füzuli
Ya Rəb, həmişə lütfünü et rəhnüma mana


 Ya mən əhatə elmükəl-əşya’ə külləha,
[1] Nə ibtida sənə mütəsəvvir, nə intəha.

Kim versə can yolunda, bulur xaki-məqdəmin.
Guya ki, xaki-rahinədir nəqdi-can bəha.

Sənsən qılan məzahiri-ümmidü bim, edib
Musayı elm gənci, əsasini əjdəha.

Səndən bulubdur Əhmədi-mürsəl məqami-qürb,
Təhsini-“Ya’vü “sin” ilə təşrifi-“Ta”vü “ha”.

Yə’qubdə nişaneyi-şövqin qəmü ələm,
Yusifdə nəş’əyi-nəzərin bəhcətü bəha.

Bulmazdı, qəhrin açmasa xani-siyasətin,
“Həl min məzid” [2] löqməsinə duzəx iştəha.

Ya rəb, bəlayi-qeydə Füzuli əsirdir,
Ol bidili bu dami-küdurətdən et rəha.

Qeydlər

  1. Ey elmi bütün şeyləri əhatə edən.
  2. Yenə varmı?