Vikimənbə:Günün mətni/iyun 12: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni ''''Ey müsǝlmanlar, bu gün ol yari-pünhan ayrılır'''<br /> ''Şah İsmayıl Xətai'' <div style="text-align: left; font-size: 90%"...' ilə yarat
 
(Fərq yoxdur)

Səhifəsinin 05:14, 12 iyun 2020 tarixinə olan son versiyası

Ey müsǝlmanlar, bu gün ol yari-pünhan ayrılır
Şah İsmayıl Xətai

Ey müsǝlmanlar, bu gün ol yari-pünhan ayrılır,
Uçdu ruhim, getdi ǝqlim, gövdǝdǝn can ayrılır.

Ayrılır ol yari-sǝrdarım, gedir, qoymuş mǝni,
Sǝd hǝzaran dadü bidad, bǝnddǝn can ayrılır.

Ey könül, fǝryadü nalǝ vaxtıdır, eylǝ fǝğan,
Şimdi şǝhrindǝn sǝnin ol şahi-sultan ayrılır.

Zar qıl bülbül kimi, çak et yaxanı gül kimi,
Şol ǝzǝldǝn yari-hǝmdǝm, ǝhdü peyman ayrılır.