Vikimənbə:Vandalizm


Vandalizm - VikiMənbənin mötəbərliyinə və nüfuzuna qəsdən xələl yetirmək məqsədi ilə məqalələrin məzmununun silinməsi, zərərli əlavələrin edilməsi.

Vandalizm özünü əsasən keyfiyyətli məqalənin məzmununun təhqir, söyüş və qraffiti ilə, ya da onun mövzusuna tamamilə dəxli olmayan mətnlə dəyişdirilməsində göstərir. Təcrübəsizlikdən və ya bilməyərəkdən məqalənin məzmununda yanlış düzəlişlərin edilməsi vandalizm kimi dəyərləndirilmir.

Əslində, vandalizm VikiMənbə üçün elə də böyük təhlükə deyil. Belə ki, mətndə edilmiş bütün dəyişikliklər xüsusi verilənlər bazasında saxlanılır. Bununla da vandal informasiyanı bütünlüklə məhv edə bilmir. Məqalədə vandalizm əlamətləri görən istənilən istifadəçi onun korlanmış versiyasını geri çevirib sonuncu normal versiyanı bərpa edə bilər. Statusundan asılı olmayaraq bütün istifadəçilər bu hüquqa malikdirlər. Vandala xəbərdarlıq etmək üçün onun müzakirə səhifəsinə "Şablon:Vandalizm" yerləşdirmək kifayətdir.

Vandalizmlə məşğul olanlarla VikiMənbənin inkişafına təmənnasız xidmət edənlərin sayı təxminən eyni olduğundan istifadəçilərə yaradılmış bu şərait və verilmiş hüquqlar sonda ikincilərin xeyrinə işləyir. Belə ki, məqalələrə zərər vurmaq bu zərəri aradan qaldırmaqdan daha çox vaxt tələb edir.

Hazırda VikiMənbədə hətta ən böyük vandalizmin nəticələri belə bir qayda olaraq qısa zaman içində aradan qaldırılır.

Vandalizmin növləri

redaktə

Vandalizm məqsəd və metodlarına görə iki növə bölünür:

1.1 Məqsədlərinə görə:

  1. Zarafat xatirinə vandalizm — məzmunu zarafatdan ibarət olan məqalələrin yaradılması və ya mövcud məqalələrə bu tip mətnlərin əlavə edilməsi.
  2. Diqqəti cəlb etmək məqsədi ilə törədilən vandalizm — məqalələrə təhqiredici söz və cümlələrin, şəkillərin əlavə olunması, təhqiramiz məqalələrin yaradılması.
  3. Spam-vandalizm — (Özünü)reklam məqsədi ilə məqaləyə onun məzmununa uyğun gəlməyən xarici keçidlərin əlavə olunması.
  4. İdeoloji vandalizm — VikiMənbənin tərəfsizlik prinsipinə xələl gətirən təhqiramiz mətnlərin yaradılması, düzəlişlərin edilməsi.
  5. Mistifikasiya — VikiMənbənin reputasiyasına zərbə vurmaq və ondan istifadə edənləri xoşagəlməz vəziyyətdə qoymaq məqsədi ilə yalan məlumatların əlavə olunması.
  6. Qisas məqsədi ilə törədilən vandalizm — müxtəlif səbəblərlə VikiMənbə cəmiyyətindən və ya onun müəyyən üzvlərindən qisas almaq üsulu.
  7. Robin Qud vandalizmi — "xeyir vermək naminə zərər vurmaq", cəfəngiyyat olduğunu nümayiş etdirmək üçün müəyyən qanunların pozulması, məqalələrin qeyri-normativ leksikalı, naturalistik təsvirlərlə zəngin hissələrinin silinməsi.

1.2 Metodlarına görə:

  1. Uşaq vandalizmi — dəfələrlə təkrar-takrar qraffiti əlavə olunması və ya səhifənin bütün məzmununun silinməsi. Adətən Vikipediyanın imkanlarını yoxlamaq və ya arzuolunmaz məqaləni silmək məqsədi ilə törədilir.
  2. Çətin müəyyən olunan vandalizm (çox vaxt həm də nankor vandalizm adlandırılır) — qəsdən az sayda yalan informasiyanın əlavə olunması və ya mövcud informasiyanın (keçidlərin, tarixlərin, ayrı-ayrı simvolların) dəyişdirilməsi.
  3. Görünməz vandalizm — səhifənin başlanğıc koduna Veb səhifənin özündə görünməyən təhqiramiz əlavələrin edilməsi və ya yalan məlumatların qeyd olunması.
  4. Ad dəyişdirmə vandalizmi — səhifələrin adlarının təhqiramiz, mənasız və ya açıq-aydın məqalənin məzmununa uyğun gəlməyən adlara dəyişdirilməsi.
  5. İstiqamətləndirmə vandalizmi — istiqamətləndirmənin təhqiramiz məqalələrə və ya şəkillərə yönləndirilməsi, eləcə də mənasız və təhqiredici istiqamətləndirmələrin yaradılması.
  6. Şəkil yüklənilməsi vandalizmi — ədəbsiz və ya təxribatçı şəkillərin yüklənilməsi.
  7. Müəllif hüquqları vandalizmi — zərər vurmaq məqsədi ilə müəllif hüquqları ilə qorunan mətnin müəllifin icazəsi olmadan təkrar-təkrar məqaləyə əlavə olunması.
  8. Bot vasitəsilə vandalizmçoxlu sayda (yüzlərlə, minlərlə) səhifənin xüsusi proqram - bot vasitəsilə dəyişdirilməsi (bu cür vandalizmin zərərli nəticələri də adətən avtomatik aradan qaldırılır).
  9. Geriyə qaytarma vandalizmi — lazımi düzəlişlərin geri qaytarılaraq ləğv edilməsi və ya vandalizm səciyyəli düzəlişlərin bərpa olunaraq səhifəyə qaytarılması.
  10. Şablonların və istifadəçi qutularının vandalizmi. Bu cür vandalizm eyni vaxtda müvafiq şablonların istifadə olunduğu bütün səhifələrə zərər vurduğuna görə təhlükəlidir.

Hansı hərəkətlər vandalizm deyil

redaktə

Bəzi hərəkətlər vandalizmə oxşasa da, vandalizm sayılmır. Bu hərəkətlər aşağıdakılardır:

Təcrübəsiz istifadəçinin sınaq dəyişiklikləri. Təcrübəsiz istifadəçi "redaktə et" düyməsini görərkən doğrudan da nəyisə redaktə edə biləcəyinə əmin olmaq üçün düyməyə basıb mətnə mənasız əlavələr edir. Bu vandalizm deyil! Belə olan halda daha təcrübəli istifadəçilər onu salamlamalı və ona qaralama dəftərinə istiqamətləndirmə verməlidirlər. Bunun üçün xüsusi şablonlar olan "" və {{tövsiyyə}} (ikinci şablondan təcrübəsiz istifadəçi digər istifadəçi səhifələrini redaktə edərkən istifadə olunur) şablonlarından istifadə etmək gərəkdir.

Təcrübəsiz istifadəçinin genişləndirilmiş sınaq dəyişiklikləri. Bəzən təcrübəsiz istifadəçi məqaləni mənasız məqaləyə çevirə və ya tamamilə oxunaqsız hala sala biləcəyini yoxlamaq istəyir. Onun üçün sadəcə vikinin imkanlarını öyrənmək maraqlı olur. Əgər onun bu dəyişiklikləri ləğv olunsa və ya ona tövsiyyə xarakterli ismarıc göndərilsə bu fəaliyyətinə son qoyar. Amma təcrübəsiz istifadəçi bundan sonra da bu cür "sınaqlarını" davam etdirərsə, onun hərəkətləri artıq vandalizm sayılır.

Vikinin imkanlarının öyrənilməsi. Bəzi istifadəçilər vikinin imkanlarını özləri üçün qısa zamanda müəyyənləşdirə bilmirlər. Bundan ötrü onlara daxili və xarici keçidlər, cədvəllər və s. üzərində sınaqlar aparmağa vaxt lazım olur. Belə istifadəçiləri vandal kimi müzakirəyə çıxarmaqdansa, onlara vikinin tanış olmadıqları imkanlarını izah edin və ya müvafiq məlumat səhifələrinə, xüsusilə də redaktə qaydaları səhifəsinə istiqamətləndirmə verin.

Tərəfsizliyə riayət olunmaması. Tərəfsizlik nöqteyi-nəzərindən məqalələr yazmaq o qədər də asan deyil. Hətta VikiMənbənin çox təcrübəli istifadəçiləri belə bəzən bu mənada qüsurlu məqalələr yaradırlar. Demək olar ki, hər bir insan öz qənaətlərini (bəzən səhv olan) digərlərinin qənaətlərindən üstün turur. İnsan təbiətinin bu xüsusiyyəti müsbət xüsusiyyət kimi qiymətləndirilməsə də, vandalizm hesab olunmur.

Cəsarətli düzəlişlər. Ən əsas VikiMənbə prinsiplərindən biri - "cəsur ol!" prinsipidir. Vəzi vikipediyaçılar məqalələrin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə onlarda böyük düzəlişlər edirlər. Yazdığınız mətnin böyük hissəsinin silindiyini və ya ciddi surətdə redaktə olunduğunu görmək Sizə xoş olmasa da, bu hərəkət vandalizm deyil. Müdrik vikipediyaçılar cəsarət və sevgini bir arada birləşdirməyi bacarırlar.

Şəxsi tədqiqatların əlavə olunması. Şəxsi tədqiqatların əlavə olunması Vikipediyada bu fəaliyyəti qadağan edən prinsipə zidd olsa da, vandalizm kimi dəyərləndirilmir.

Səhvlər. Səhvlər vandalizm sayılmır. Əgər Siz məqalədə səhv məlumatın yer aldığını düşünürsünüzsə, gümanlarınızın doğru olub-olmadığını araşdırın və ya faktları məqalə müəllifləri ilə müzakirə edin. Əgər müəlliflər Sizin izahlarınıza əhəmiyyət vermədən səhv məlumatları yenə də məqaləyə əlavə edirlərsə, onların bu hərəkətinin səbəblərini araşdırmağa çalışın.

Şəxsi təhdidlər və təhqirlər. VikiMənbə prinsipinə görə qadağan olunsa da, vandalizm deyil.

Gözlənilməz dəyişikliklər. Məqalələrə edilən qeyri-adi üslublu düzəlişlər onların müəlliflərini vandal adlandırmağa əsas vermir. Məsələn, istifadəçilərdən hansısa mətndə dəyərli düzəlişlər edəndən sonra qısa xülasədə "Salam, mən Əliyəm!" yazırsa, o vandal deyil. Sadəcə təcrübəsiz istifadəçidir. Belə istifadəçilərə dostcasına qısa xülasəni nə formada yazmaq lazım olduğunu başa salın. Onu bloklamayın və dəyişikliklərini ləğv etməyin.

İP adreslərini izləmə

redaktə

İP adreslərinin sahiblərini aşağıdakı keçidlər vasitəsi ilə tapmaq olar:

Həmçinin bax

redaktə